AZAL yeni endirim aksiyası keçirir

AZAL yeni endirim aksiyası keçirir Endirimlər 7 uçuş istiqamətini əhatə edir
İnfrastruktur
31 Avqust , 2016 10:43
AZAL yeni endirim aksiyası keçirir

Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasına başladığını elan edib. AZAL-ın mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Bakıdan/Bakıya - London, Milan, Berlin, Paris, Praqa və Nyu-York (uçuş dövrü: 15 sentyabr - 10 dekabr, 2016-cı il) istiqamətləri üzrə 2016-cı il sentyabrın 5-dən 30-na kimi hər iki istiqamətə aviabilet alarkən 20% endirim tətbiq ediləcək.

Bundan başqa, Bakı - Tel-Əviv - Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20% endirim tətbiq olunur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi