AZAL yeni bayram aksiyası keçirir

AZAL yeni bayram aksiyası keçirir Endirimli aviabiletləri sentyabrın 24-dən oktyabrın 10-dək almaq olar
İnfrastruktur
23 Sentyabr , 2015 10:25
AZAL yeni bayram aksiyası keçirir

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Qurban bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. AZAL-dan "Report"a verilən məlumata görə, xüsusi tariflər üzrə biletləri sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

Sərnişinlər güzəştli aviabiletlərlə uçuşu oktyabrın 11-dən 31-dək həyata keçirməlidir. Belə ki, bu aksiya Bakı-London-Bakı (329 avro), London-Bakı-London (269 funt sterlinq), Bakı-Milan-Bakı (329 avro), Bakı-Roma-Bakı (339 avro), Bakı-Berlin-Bakı (319 avro), Bakı-Paris-Bakı (359 avro), Bakı - Nyu-York - Bakı (499 avro), Nyu-York - Bakı - Nyu-York (559 dollar), Bakı-Praqa-Bakı (329 avro), Praqa- Bakı-Praqa (379 dollar) reyslərini əhatə edir.

Son xəbərlər

Orphus sistemi