AZAL təyyarələrdə noutbuk qadağasına münasibət bildirib

AZAL təyyarələrdə noutbuk qadağasına münasibət bildirib "Noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb"
İnfrastruktur
27 İyul , 2015 12:36
AZAL təyyarələrdə noutbuk qadağasına münasibət bildirib

Bakı. 27 iyul. REPORT.AZ/ Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları"ndan bildirilib.

"Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır. Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb", - şirkətdən bildiriblər.

Məlumatda qeyd olunub ki, Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.

Qeyd edək ki, ölkə mətbuatında AZAL-ın Bakı-Naxçıvan reysinə noutbok aparmaq qadağası ilə bağlı xəbərlər yayılıb. 

Son xəbərlər

Orphus sistemi