Yuxarı
    Bağlamaq

    AZAL keçirdiyi tenderin davamından imtina edib

    Buna səbəb tender təklifi vermiş iddiaçıların sayının az olması göstərilir

    Bakı. 22 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) 100 min ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013) alınması üçün keçirdiyi tenderin davamından imtina edib.

    "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, iyulun 8-də elan edilmiş açıq tenderdə iştirak haqqı 500 manat idi.

    Qeyd edək ki, tenderin davamından imtina “Dövlət satınalmaları haqqında” qanuna əsasən, tender təklifi vermiş iddiaçıların sayının 3-dən az olması ilə əlaqələndirilir. 

    İddiaçılar tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını avqustun 18-nə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanına təqdim etməli idilər. Satın alınan malların mərhələlərlə aeroporta çatdırılması tələb olunurdu və ödəniş 2017-ci ilin sonuna qədər faktiki çatdırılmış reaktiv aviayanacağın həcminə əsasən həyata keçiriləcəkdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi