Yuxarı
    Bağlamaq

    “AZALJET” brendi ləğv olunur

    Onun yerini Buta Airways tutub

    Bakı. 11 iyul. REPORT.AZ/ “Buta Airways” aşağı büdcəli aviaşirkətinin fəaliyyətə başlaması “AZALJET” brendinin ləğv olunması deməkdir.

    Bu barədə “Report”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

    Onun sözlərinə görə, “Buta Airways” bu gündən bilet satışına başladığı üçün artıq “AZALJET” brendi üzrə bilet satışı dayandırılıb. Amma bu, indiyə qədər “AZALJET”dən bilet almış sərnişinlər üçün heç bir problem yaratmayacaq. Onlar aldıqları biletdən istifadə edib, istədikləri istiqamətdə uça biləcəklər.

    “Sadəcə, bundan sonra Azərbaycanda dövlətə məxsus 2 mülki aviasiya brendi - “AZAL” və “Buta Airways” olacaq”, - P.Kəsəmənski qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi