Yuxarı
    Bağlamaq

    AZAL-ın vitse-prezidenti: "Avqustun 1-dən ən ucuz bilet 238,86 avro olacaq"

    Ən bahalı biletlərdə də müəyyən endirim var

    Bakı. 22 iyul. REPORT.AZ/ "Biz devalvasiyada dərhal reaksiya verdik, 20-40% endirim elədik, Novruz və Ramazan bayramlarında da endirimlər elədik. Avropa Oyunları zamanı turizmin inkişafı üçün oyunlara gələn turistlərə də 50% endirim elədik". "Report"un məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Arif Məmmədov jurnalistlərə açıqlamasında deyib.

    "İndi də Naxçıvana uçan "Embraer"ləri həmin uçuşlardan azad edib, endirim şamil olunan uçuşlar üçün ayırdıq. Avqustun birində qüvvədə olan tariflərdən ən aşağısı 238,86 avro, ən bahalısı 468,68 avro olacaq. Əvvəllər ən aşağı qiymət 278, ən bahalı isə 504 avro idi. Ancaq indi 468 avro oldu. Ən bahalı biletlərdə də müəyyən endirim var", - deyə vitse-prezident qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi