AZAL-ın Tbilisi-Bakı aviareysində gecikmə olub

AZAL-ın Tbilisi-Bakı aviareysində gecikmə olub Səbəb dumanlı hava şəraitidir
İnfrastruktur
6 May , 2017 12:26
AZAL-ın Tbilisi-Bakı aviareysində gecikmə olub
Courtesy İmage

Bakı. 6 may. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gecə həyata keçirdiyi Tbilisi-Bakı aviareysi gecikmə ilə yerinə yetirilib. 

"Report"un məlumatına görə, gecikmə təxminən 50 dəqiqə olub. 

Belə ki, AZAL-a məxsus sərnişin təyyarəsi Gürcüstan paytaxtından saat 01:20-də havaya qalxmalı olsa da, bu, 02:10-da mümkün olub. Son nəticədə sərnişinlər Azərbaycan paytaxtına saat 02:30-da deyil, 03:20-də çatıblar. 

Gecikməyə səbəb kimi dumanlı hava şəraiti göstərilib. 

Son xəbərlər

Orphus sistemi