AZAL-ın London reysi təxirə salınmayıb

AZAL-ın London reysi təxirə salınmayıb P.Kəsəmənskinin sözlərinə görə, mayın 5-də AZAL-ın "Heathrow" hava limanına uçuşu yoxdur
İnfrastruktur
5 May , 2017 15:37
AZAL-ın London reysi təxirə salınmayıb
Twitter @Vid

Bakı. 5 may. REPORT.AZ/ Bakı-London marşrutu ilə həyata keçirilən aviareyslər təxirə salınmayıb. 

Bunu “Report”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənskinin sözlərinə görə, mayın 5-də AZAL-ın Londonun “Hitrou” (Heathrow) hava limanına uçuşu yoxdur: “Bu günə bizim Londona aviareysimiz yoxdur. Növbəti günlərdə ola biləcək tədbirlərlə bağlı isə bizə məlumat verilməyib”.

Xatırladaq ki, bu gün Londonun “Hitrou” hava limanına bir çox uçuşlar təxirə salınıb. Səbəb kimi isə təhlükəsizlik tədbirləri göstərilib. Metropoliten polisindən mediaya ötürülən məlumata görə, aeroportun terminallarından birində şübhəli bağlama aşkar edilib və bundan sonra polis araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi