​AZAL ilk Avropa Oyunlarına gələnlər üçün biletləri 50% ucuzlaşdırıb

​AZAL ilk Avropa Oyunlarına gələnlər üçün biletləri 50% ucuzlaşdırıb I Avropa Oyunlarına akkreditasiya buraxılışını təqdim etməklə aviabiletləri 50% endirimlə almaq olar
İnfrastruktur
9 İyun , 2015 16:50
​AZAL ilk Avropa Oyunlarına gələnlər üçün biletləri 50% ucuzlaşdırıb

Bakı. 9 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC iyunun 12-28-də ölkədə keçiriləcək I Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyaya başladığını elan edir. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, xarici ölkə vətəndaşları "Bakı 2015" I Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək AZAL şirkətinin bütün aviareyslərinə biletləri 50% endirimlə əldə edə bilərlər.

Xatırladaq ki, hər il Azərbaycandan 38 ölkəyə 16 mindən çox beynəlxalq reys həyata keçirilir.

AZAL-ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində - London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (İtaliya), Barselona (İspaniya), Praqa (Çexiya), Nyu-York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və İstanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (İran), Tel-Əviv (İsrail), Moskva, Sankt-Peterburq, Astraxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijniy Novqorod, Novosibirsk, Perm və Rostov-Don (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.

Son xəbərlər

Orphus sistemi