Yuxarı
    Bağlamaq

    AZAL İstanbul və Ankaraya bilet alan sərnişinlərinə müraciət edib

    Sərnişinlər aviabiletlərinin tarixini pulsuz olaraq dəyişdirə və ya heç bir tutulma olmadan geri qaytara bilərlər

    Bakı. 16 iyul. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin İstanbul və Ankara şəhərlərinə aviabilet alan sərnişinlərinə müraciət edib.

    "Report" AZAL-a istinadən xəbər verir ki, ötən gecə Türkiyədə baş verən hadisələrlə əlaqədar olaraq qeyd edilən istiqamətlərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

    Məlumatda bildirilib ki, Türkiyə kurortlarına ‪AZAL reysləri isə heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirilir.

    Qeyd edək ki, "Azərbaycan Hava Yolları"-nın aşağıdakı reysləri təxirə salınıb:

    J2-8103 (06:45) Bakı-İstanbul

    J2-8075 (08:45) Bakı-İstanbul

    J2-8003 (09:10) Bakı-Ankara

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi