Bakı. 25 aprel. REPORT.AZ/ "
Aviaşirkətdən “Report”a verilən məlumata görə, uçuşlar Türkiyənin Antalya, Bodrum və İzmir kurort şəhərləri istiqamətində gerçəkləşdiriləcək.
Bakıdan reallaşacaq ikitərəfli uçuşlara biletlərin qiyməti 510 manatdan başlayır.
Qeyd edək ki, Bakı-Antalya-Bakı reysi mayın sonundan etibarən start götürür, Bakı-Bodrum-Bakı iyunun 12-dən, Bakı-İzmir-Bakı reysinə isə iyunun əvvəlindən etibarən başlanacaq.