Yuxarı
    Bağlamaq

    AZAL Fransa şirkəti ilə müqaviləsini yeniləyib

    Razılığa görə, “Aviareps” bundan sonra da AZAL-ın 11 ölkədə satış və marketinq siyasətini həyata keçirəcək

    Bakı. 19 sentyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Fransanın “Aviareps” şirkəti arasında yeni müqavilə imzalanıb. Bu barədə “Report” Fransa mediasına istinadən xəbər verir. 

    Müqavilənin şərtlərinə görə, AZAL Fransa bazarında “Aviareps”lə əməkdaşlığını davam etdirəcək. 

    Həmçinin tərəflər 11 ölkədə - Çin, Çexiya, Danimarka, Almaniya, Malayziya, Niderland, Norveç, İspaniya, İsveç, Türkiyə və Böyük Britaniyada əməkdaşlığı genişləndirməklə bağlı razılıq əldə ediblər. Razılığa əsasən, “Aviareps” bundan sonra da AZAL-ın bu ölkələrdə satış və marketinq siyasətini həyata keçirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi