AZAL əməkdaşları üçün hotel axtarır

AZAL əməkdaşları üçün hotel axtarır Bakı. 20 dekabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Sankt-Peterburq-Gəncə və Bakı-Moskva-Gəncə marşrutları üzrə reysləri yerinə yetirən uçuş heyətinin estafeti üçün Gəncə şəhərində hotel xidmətlərinin satın alınması məqsədi ilə açıq tend
İnfrastruktur
20 Dekabr , 2017 12:33
AZAL əməkdaşları üçün hotel axtarır

Bakı. 20 dekabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Sankt-Peterburq-Gəncə və Bakı-Moskva-Gəncə marşrutları üzrə reysləri yerinə yetirən uçuş heyətinin estafeti üçün Gəncə şəhərində hotel xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 650 manatdır.

İddiaçılar ilkin sənədləri anvarın 25-nə qədər, tender təklifi və onun dəyərinin 4%-i qədər bank təminatını isə fevralın 5-nə qədər Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim etməlidirlər.

Təkliflərə fevralın 6-da, saat 11:00-da hava limanında baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi