​AZAL əl yükünün maksimal çəkisini artırıb

​AZAL əl yükünün maksimal çəkisini artırıb Əl yükünün maksimal həcmi 15 kq-a qədər artırılıb
İnfrastruktur
23 Sentyabr , 2015 17:16
​AZAL əl yükünün maksimal çəkisini artırıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün aviareyslərində əl yükünün icazə verilən maksimal çəkisini artırıb.

Aviaşirkətdən “Report”a verilən məlumata görə, bundan sonra "ekonom" sinfin sərnişinləri çəkisi 8 kq-dək, "biznes" sinfin müştəriləri isə çəkisi 15 km-a qədər olan əl yükünü özləri ilə təyyarənin salonuna götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi isə 5 kq olub.

Qeyd edək ki, AZAL-ın reyslərində əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.

Son xəbərlər

Orphus sistemi