Yuxarı

AZAL bəzi reysləri bağlayacaq

Eldar Hacıyev: Maya dəyərindən aşağı uçuş həyata keçirməyin mənası yoxdur

Bakı. 22 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) bəzi reysləri bağlanacaq. "Report"un məlumatına görə, bunu AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər bir aviareysin maya dəyəri var, maya dəyərindən aşağı uçuş həyata keçirməyin mənası da yoxdur. Son illərdə bir çox marşrut açmışıq, amma AZAL hazırda həyata keçirdiyi 20%-lik endirimlərə görə ola bilsin ki, bəzi istiqamətlərə olan uçuşları bağlamalı olacaq. Çünki ziyanla işləyəcək".

Eldar Hacıyev bildirib ki, şirkətin müxtəlif xərcləri var: "Özü də bu xərclər tək burda deyil, xaricdə də çəkilir. Xaricdə avro-dollar fərqini kompensasiya etmək, hava məkanından istifadəyə görə ödəniş, yəni ümumilikdə bütün bu və digər xərcləri ödəmək üçün qiymətlər müvafiq olmalıdır. Endirimlər İqtisadiyyat və Sənaye Nazirliyinə də təqdim edilib". 

“Bir tərəfdən də endirimlər edilib, amma həmin tarixlərin sistemə yenidən daxil edilib endirimlərlə birlikdə satışa başlanması vaxt tələb edir. Ümumiyyətlə, 99 avrodan aşağı qiymət hava yolu ilə bir şəhərdən başqa şəhərə getmək xərclərini belə qarşılamır. 106 yerlik tutuma malik olan "Embraer" təyyarəsində 100 nəfərdən aşağı sərnişin olarsa, həmin təyyarənin xərclərini belə ödəmir, amma bu gün belə bir tələbin olduğunu nəzərə alaraq biz bunu etdik”, - deyə AZAL-ın sərnişindaşıma şirkətinin direktoru vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi