​AZAL Bakı-Vyana aviareysini həyata keçirə bilər

​AZAL Bakı-Vyana aviareysini həyata keçirə bilər "Austrian Airlines" Bakıdan Vyanaya son uçuşunu dekabrın 11-də yerinə yetirəcək
İnfrastruktur
7 Dekabr , 2015 11:06
​AZAL Bakı-Vyana aviareysini həyata keçirə bilər

Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC gələcəkdə "Austrian Airlines" şirkəti tərəfindən ləğv edilən Bakı-Vyana-Bakı aviareyslərini özü həyata keçirə bilər.

AZAL-dan “Report”a bildirilib ki, sözügedən istiqamətdə uçuş həyata keçirməyə imkan yarandığı təqdirdə aviaşirkət bunu istifadə etməyə çalışacaq: “Austrian Airlines" şirkətinin bu istiqamətdə uçuşlarını qeyri-səmərəli olması səbəbi ilə dayandırdığı hər kəsə məlumdur. AZAL tərəfindən göstərilən istiqamətdə sərfəli uçuşların yerinə yetirilməsi üçün hazırda heç bir zəmin yoxdur. Gələcəkdə belə bir imkan yaranarsa, biz mütləq bundan istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, "Austrian Airlines" şirkəti Vyana-Bakı-Vyana aviareysini ləğv edib. Bakıdan Vyanaya son uçuş isə dekabrın 11-də həyata keçiriləcək. Bu tarixdən sonra reys tamamilə dayandırılacaq.

Son xəbərlər

Orphus sistemi