AZAL Bakı-Krasnoyarsk aviareysini ucuzlaşdırıb

AZAL Bakı-Krasnoyarsk aviareysini ucuzlaşdırıb Biletlərin satışı və uçuşlar avqustun 7-nə kimi davam edəcək
İnfrastruktur
7 İyul , 2015 17:50
AZAL Bakı-Krasnoyarsk aviareysini ucuzlaşdırıb

Bakı. 7 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC Bakı-Krasnoyarsk istiqamətindəki uçuşlarında xüsusi aksiyaya start verib. Şirkətdən “Report”a verilən məlumata görə, uçuşun qiyməti 170 avrodur (197 manat).

Biletlərin satışı və uçuşlar avqustun 7-nə kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile" ballar hesaba əlavə olunmur, məntəqədə maksimum qalma müddəti bir aydır, qiymətlərə yığımlar və rüsumlar daxildir. 

Son xəbərlər

Orphus sistemi