Yuxarı

AZAL Bakı-İstanbul reysinə endirim aksiyası keçirir

Biletlərin qiyməti 225 avrodur

Bakı. 20 aprel. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC Bakı-İstanbul (Sabiha Gökcen)-Bakı istiqamətindəki uçuşlarına endirim aksiyasına start verib.

“Report” AZAL-ın məlumatına əsasən xəbər verir ki, uçuşun qiyməti 225 avrodur. Biletlərin satışı və uçuşların həyata keçirilməsi mayın 24-nə kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə "mile-bal"lar hesaba əlavə olunmur və məntəqədə maksimal qalma müddəti bir aydır.

Qeyd edək ki, yığımlar və rüsumlar qiymətə daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi