Yuxarı
    Bağlamaq

    ​AZAL Bakı-Berlin aviareysini açır

    Reyslər çərşənbə və şənbə günləri yerinə yetiriləcək, biletin qiyməti isə 453 manatdır

    Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC mayın 2-dən etibarən Bakı-Berlin-Bakı marşrutu ilə müntəzəm aviareyslərə başlayır.

    Turizm şirkətlərindən "Report"a verilən məlumata əsasən, uçuşlar 119 yerlik olan "Airbus-319" təyyarəsi ilə həyata keçiriləcək. Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək, uçuş müddəti isə təxminən 4 saat 30 dəqiqə olacaq.

    Qeyd edək ki, Bakı-Berlin-Bakı reysinə aviabiletin qiyməti 453 manatdır (iki tərəfə).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi