Yuxarı

​AZAL Bakı–Nyu-York aviareysinə endirim aksiyası keçirir

Hər iki istiqamətdə biletlər 599 avroya satılacaq

Bakı. 12 sentyabr.REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı – Nyu-York – Bakı marşrutu ilə həyata keçiriləcək aviareyslərə xüsusi aksiya keçirir.

AZAL-dan "Report"a verilən xəbərə görə, Bakıdan bu marşrutla hər iki istiqamətdə uçuş biletinin qiyməti 599 avro, Nyu-Yorkdan isə 799 dollar səviyyəsində müəyyənləşdirilib.

Aksiya çərçivəsində biletlərin satış tarixləri sentyabrın 15-dən martın 28-dək qüvvədədir.

Qeyd edək ki, Bakı – Nyu-York marşrutu ilə uçuşlara AZAL sentyabrın 24-dən başlayacaq. “Airbus-A 340” tipli hava gəmiləri ilə reallaşacaq aviareyslər hər həftənin çərşənbə və şənbə günləri Bakıdan yerli vaxtla saat 06:00-da həyata keçiriləcək. Təyyarələrin Nyu-Yorka yerli vaxtla saat 09:30-da enməsi nəzərdə tutulub. AZAL geri istiqamətdə uçuşları da eyni günlərdə saat 11:30-da həyata keçirəcək. Nyu-Yorkdan gələn təyyarələr isə Bakıda səhəri gün yerli vaxtla saat 08:00-da enəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi