​AZAL 9 May münasibəti ilə veteranlar üçün aksiya keçirir

​AZAL 9 May münasibəti ilə veteranlar üçün aksiya keçirir Aksiya çərçivəsində pulsuz aviabiletlərin rəsmiləşdirilməsinə aprelin 11-dən başlanılacaq
İnfrastruktur
31 Mart , 2016 09:18
​AZAL 9 May münasibəti ilə veteranlar üçün aksiya keçirir

Bakı. 31 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti 9 May - Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunan yeni aksiya elan edib.

AZAL-ın mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, aksiya çərçivəsində Sovet İttifaqı qəhrəmanları və SSRİ Şöhrət Ordeninin 3 dərəcəsi ilə təltif olunan şəxslər, I, II və III qrup Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, Böyük Vətən müharibəsində yaralanan, kontuziya alan və həlak olan hərbi qulluqçuların dul arvadları şirkətin marşrut şəbəkəsinin istənilən istiqamətinə pulsuz aviabilet əldə edə biləcəklər.

Aksiya çərçivəsində pulsuz aviabilet həmçinin onları müşayiət edən bir sərnişin üçün də nəzərdə tutulub. Aksiyada aviabiletlərin rəsmiləşdirilməsinə aprelin 11-dən başlanılacaq. Gediş tarixi mayın 3-dən 12-dək, geri dönüş tarixi isə sərnişinlərin istəyindən asılıdır.

Veteranlar aviabiletləri AZAL-ın kassalarında, eyni zamanda aviaşirkətinin xarici dövlətlərdəki nümayəndəliklərində rəsmiləşdirə bilərlər. Sözügedən aksiya çərçivəsində aviabilet əldə etmək üçün Böyük Vətən müharibəsi veteranları kateqoriyasına mənsub olduğunu təsdiqləyən sənəd təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi