Yuxarı

​“Azərsu” ASC-nin strukturunda Kəlbəcər Sukanal İdarəsi yaradılıb

Gəncədə Kəlbəcər rayonundan olan 4 663 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində Gəncə şəhərində Kəlbəcər rayonundan olan 14 199 nəfərdən ibarət 4 663 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Qəsəbədə içməli su və kanalizasiya şəbəkələri yaradılıb, sakinləri fasiləsiz su ilə təmin etmək üçün qəsəbəyə su xətti çəkilib. Bu barədə “Report”a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni yaradılmış şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə “Birləşmiş Sukanal” MMC-nin tabeliyində Kəlbəcər Sukanal İdarəsi yaradılıb. Məcburi köçkün qəsəbəsinin mövcud su təchizatı və kanalizasiya sistemləri yeni yaradılmış qurumun balansına verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi