Yuxarı

​Azərbaycanda tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları açıqlanıb

Qərar ekoloji cəhətdən çirklənmiş zonalarda və mədəni abidələrin qorunması üçün əsaslandırılmış tədbirləri əhatə edir

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları"nın təsdiq edilməsi barədə qərar imzalayıb.

“Report” xəbər verir ki, qərar ekoloji cəhətdən çirklənmiş zonalarda və mədəni abidələrin qorunması üçün əsaslandırılmış tədbirləri əhatə edir.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda isə abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlər görülməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi