Yuxarı
    Bağlamaq

    Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı beynəlxalq konfrans keçiriləcək

    Səfir Eynulla Mədətli Ukraunanın infrastruktur nazirinin birinci müavini ilə görüş keçirib

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Ukraynanın infrastruktur naziri Maksim Burbak oktyabrın 15-16-da Bakıda keçiriləcək “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransda iştirak edəcək. Azərbaycanın Ukraynadakı səfirliyindən Report-a bildirilib ki, bu barədə Ukraynanın infrastruktur nazirinin birinci müavini Oleksandr Malın səfir Eynulla Mədətli ilə görüş zamanı məlumat verib.

    Görüşdə səfir E.Mədətli nazir müavininə Azərbaycanın regionda təşəbbüskarı və əsas iştirakçısı olduğu irimiqyaslı layihələr, xüsusən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumat verib. Nazir müavini Ukraynanın Azərbaycanla ikitərəfli və regional əməkdaşlığa yüksək önəm verdiyini, əlaqələrin bundan sonra da genişləndirilməsinin arzu olunduğunu bildirib. O, Azərbaycanın Ukraynaya verdiyi dəstəyin yüksək qiymətləndirildiyini ifadə edib, bundan sonra da hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinə uyğun olaraq əməkdaşlığı genişləndirəcəklərinə əminliyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi