Yuxarı
    Bağlamaq

    Azərbaycanda 782 milli standart və 23 min dövlətlərarası standart qüvvədədir

    Bu il ərzində isə ölkədə 74 yeni standart qeydiyyata alınıb

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu il ərzində 74 yeni standart dövlət qeydiyyatına alınıb. Bunların sırasında “Qida əlavələri”, "Halal" məhsulların sertifikatlaşdırma qaydaları”, “Ətraf mühitin idarə edilməsi. Həyat dövrünün qiymətləndirilməsi. Prinsiplər və struktur”, “Uyğunluğun qiymətləndirilməsi", “Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər”, “Halal" sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” və s. göstərmək olar. “Report”un məlumatına görə, bu barədə  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir.

    Hazırda Azərbaycanda cəmi 782 milli standart və 23 min dövlətlərarası standart (QOST) qüvvədədir.

    Xatırladaq ki, 1946-cı il tarixində 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Londonda toplaşıblar. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Oktyabrın 14-nün standartlaşdırma günü kimi qeyd edilməsi isə ISO prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edilir. ISO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komissiya (IEC), Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi