Azərbaycan prezidentinin sərəncamı ilə Lerik rayon İcra Hakimiyyətinə 7 milyon manat ayrılıb

Azərbaycan prezidentinin sərəncamı ilə Lerik rayon İcra Hakimiyyətinə 7 milyon manat ayrılıb Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
İnfrastruktur
20 Avqust , 2014 09:14
Azərbaycan prezidentinin sərəncamı ilə  Lerik rayon İcra Hakimiyyətinə 7 milyon manat ayrılıb
Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncamla 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Lerik rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi