Azərbaycan prezidenti yol tikintisi məqsədilə Quba İcra Hakimiyyətinə 6 milyon manat ayırıb

Azərbaycan prezidenti yol tikintisi məqsədilə Quba İcra Hakimiyyətinə 6 milyon manat ayırıb Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
İnfrastruktur
22 Avqust , 2014 09:17
Azərbaycan prezidenti yol tikintisi məqsədilə Quba İcra Hakimiyyətinə 6 milyon manat ayırıb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncamla 6 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6 milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi