Yuxarı

​Azərbaycan “Fövqəladə Hallar Qatarı”nın istehsalat bazasının inşasını başa çatdırıb

Azərbaycanda “Fövqəladə Hallar Qatarı” MMC-nin istehsalat bazasının tikintisi işləri başa çatıb

Bakı. 17 sentyabr.REPORT.AZ/ Azərbaycanda “Fövqəladə Hallar Qatarı” MMC-nin istehsalat bazasının tikintisi işləri başa çatıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, dəmir yolunda fövqəladə və qəza hallarının aradan qaldırılmasının təmin edilməsi məqsədilə, Biləcəri stansiyasında keçmiş “Buz zavodu”nun ərazisində ötən ilin iyun ayında başlanan “Fövqəladə Hallar Qatarı” MMC-nin istehsalat bazasının tikintisi işləri başa çatıb.

Ümumi ərazisi 25,3 min kv. metr olan istehsalat bazasında inzibati bina, təmir sexi, avtomobillərin dayanacağı üçün talvar, su və çirkab su anbarları da inşa edilib.

Qeyd edək ki, tikinti işlərini “6-cı mərtəbə” şirkəti həyata keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi