EBRD prezidenti Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub

EBRD prezidenti Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub O, zavodun fəaliyyəti ilə tanış olub
İnfrastruktur
9 Sentyabr , 2017 12:05
EBRD prezidenti Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub
Report.az

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti ilə tanış olub. 

Bu barədə İqtisadiyyat Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilib.

İqtisadiyyat naziri Şahin Mustafayev nümayəndə heyətinə məlumat verib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantı yandırmaq və 231 mln. kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Böyükşor gölü ilə tanış olan qonaqlara məlumat verilib ki, gölün bərpası layihəsinin ilk mərhələsində 300 hektar ərazi təmizlənib, ekoloji cəhətdən tamamilə sağlamlaşdırılıb, 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.

Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar. Məlumat verilib ki, poliqon bütün sanitar normalara uyğundur. Poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində həyata keçirilib.

S.Çakrabarti məişət tullantılarının idarə olunması sahəsində ölkədə görülən işlərdən məmnunluğunu ifadə edib, EBRD-nin bu sahədə Azərbaycanla əməkdaşlıqda marağı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi