​Aydın Əliyev Neftçalada vətəndaşları qəbul edəcək

​Aydın Əliyev Neftçalada vətəndaşları qəbul edəcək Vətəndaşlar yanvarın 22-si saat 11:00-dək qəbula yazıla bilərlər
İnfrastruktur
16 Yanvar , 2015 18:35
​Aydın Əliyev Neftçalada vətəndaşları qəbul edəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 23-də Neftçalada vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, A.Əliyev saat 11:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində bölgədə yerləşən Neftçala, Salyan, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləyəcək.

Vətəndaşlar yanvarın 22-si saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsində əlaqələndirici şəxs Səbinə Məmmədova ilə (012) 404-22-00 telefonu, Biləsuvar Gömrük İdarəsi ilə isə (025) 295-34-69 nömrəsi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi