Yuxarı
    Bağlamaq

    "AvtoVAZ" şirkətinin Azərbaycan bazarında gəlirləri kəskin azalıb

    Lada avtomobillərinin Azərbaycanda satış həcmi iki dəfə azalıb

    Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya hökumətinin avtomobil sənayesinin xilasedicisi qismində nəzərdə tutduğu əsas vasitələrdən biri - avtomaşın ixracı sektoru hələlik vəzifəsinin öhdəsindən gələ bilmir. "Report"un "Kommersant" saytına istinadən verdiyi xəbərə görə, bu sahənin liderlərindən olan "AvtoVAZ" şirkətinin 2016-cı ilin ilk 9 aylıq hesabatına əsasən, ixracdan əldə edilən gəlir illik müqayisədə təxminən iki dəfə 45% azalıb. Şirkətin ən iri ixrac bazarı hesab edilən Qazaxıstana tədarükün həcmi isə 71% düşüb.

    Eyni zamanda, "Lada" avtomobillərinin Azərbaycan bazarında satışı da bu tendensiyadan yan keçməyib. Yerli bazarda bu markanın satışı təqribən iki dəfə, yəni 1,5 min ədədə düşüb. Hərçənd Ukrayna bazarında "Lada"nın satışı 108% - 1,3 min ədədədək, brendin bazar payı isə 2%-dən 2,9%-ə yüksəlib. "AvtoVAZ"ın ixracının daha böyük artım dinamikası Avropada müşahidə edilir - burada maşınların qeydiyyatı 75% - 3,1 min ədədə kimi artıb.

    Qeyd edək ki, "AvtoVAZ"ın ixracdən əldə etdiyi gəliri sürətlə düşür. Bu gəlirlərin həcmi son bir ildə 7, 77 mlrd. rubldan 4,27 mlrd. rubla kimi azalıb ki, bu da ümumi gəlirlərin strukturunda 6,2%-dən 3,2%-dək geriləmə deməkdir.

    Hesabatda qeyd edilir ki, tələbat azalacağı təqdirdə şikrət ixrac strategiyasını dəyişəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi