Avtomobil yolunda səth suları problemi aradan qaldırılıb - VİDEO

Avtomobil yolunda səth suları problemi aradan qaldırılıb - VİDEO Anbara əlavə borular çəkilib
İnfrastruktur
22 Oktyabr , 2015 13:13
Avtomobil yolunda səth suları problemi aradan qaldırılıb - VİDEO

Bakı. 22 oktyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır. Bu işlər çərçivəsində avtomobil yollarının kənarında səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemlərinin qurulması davam etdirilir.

ASC-dən “Report”a verilən məlumata görə, aparılan kompleks tədbirlər çərçivəsində Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun 1-ci kilometrliyində yerləşən nasosxanada 3 ədəd “GRUNDFOS” markalı yeni nasos quraşdırılıb. Məqsəd həmin ərazilərdən gələn yağış və yeraltı qrunt sularının “Suraxanı su kanalı”na vurularaq uzaqlaşdırmaqdır.

Nasosxananın 300 kubmetr yağış sularının toplanması üçün su anbarı mövcuddur. Bura yığılan sular bundan öncə yaxınlıqda yerləşən su anbarına vurulsa da, anbar kiçik olduğundan ərazidə müəyyən problemlər yaranırdı. Belə ki, vurulan qrunt və yağış suları anbardan aşaraq əraziyə yayılırdı. Problemin köklü şəkildə aradan qaldırılması üçün nasosxanadan “Suraxanı Su kanalı”na yeni 3200 metr uzunluğunda və 400 millimetr diametrlik borular çəkilib. Bununla da ərazidə yaranan problemlər tam olaraq aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi