Ekspres marşrut avtobusların hərəkət cədvəlində dəyişiklik edildi

Ekspres marşrut avtobusların hərəkət cədvəlində dəyişiklik edildi Koronavirus (COVID-19 ) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı - 28 May H1 ekspres marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib.
İnfrastruktur
27 Mart , 2020 16:06
Ekspres marşrut avtobusların hərəkət cədvəlində dəyişiklik edildi
0 : 00
0 : 00

Koronavirus (COVID-19 ) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı - 28 May H1 ekspres marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Dəyişikliyə əsasən H1 ekspres xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək. Həmin gün ekspres xətt avtobusu ilə "28 May" metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi