Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb

Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb Bakı. 23 fevral. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriya Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İnfrastruktur
23 Fevral , 2018 13:11
Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb

Bakı. 23 fevral. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriya Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a verilən məlumata görə, görüşdə QSC sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi -Qars (BTQ) dəmiryolu bağlantısı barədə ətraflı məlumat verib.

Fevralın 20-22-də Vyanada keçirilən “Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu haqqında danışan C.Qurbanov forum çərçivəsində avstriyalı həmkarlarla, Avstriya parlamentinin üzvü, Avstriya-Azərbaycan parlament qrupunun sədri ilə bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib.

A.Rayhardt da bildirib ki, son illər Azərbaycanla Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir: “Avstriya tərəfi olaraq bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq”.

Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüşdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər.

İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi