Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yük daşınması 10% azalıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yük daşınması 10% azalıb Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatındakı azalma ilə bağlıdır
İnfrastruktur
15 Fevral , 2016 19:55
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yük daşınması 10% azalıb

Bakı. 15 fevral. REPORT.AZ/ Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2015-ci ildə yük daşınması 52,2 mln. ton, yük dövriyyəsi isə 10 956,1 mln. ton/km olub. Yüklərin 58,7%-i avtomobil nəqliyyatı, 29,7%-i dəmir yolu nəqliyyatı, 11,6%-i dəniz nəqliyyatı ilə daşınıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Əvvəlki illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,0% və 34,8%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7% artıb. 

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2%-ni tranzit yüklər təşkil edib. 

Hesabat ilində dəhliz vasitəsilə 331,1 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 6 628,5 mln. sərnişin/km olub. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8%, sərnişin dövriyyəsi isə 7,5% artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

Son xəbərlər

Orphus sistemi