Yuxarı

Avropa Komissiyası TRACECA dəhlizi çərçivəsində layihələrin icrasına 185 mln. avro ayırıb

Hazırda bu dəhlizlə daşınan yükün 50%-ni neft və neft məhsulları təşkil edir

Bakı. 16 noyabr. REPORT.AZ/ İndiyə qədər Avropa Komissiyası TRACECA (Europa-Cuacasus-Asia) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 85 layihənin icrasına 185 mln. avro həcmində vəsait ayırıb. "Report" xəbər verir ki, bunu Bakıda işə başlayan "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə çıxış edən TRACECA-nın baş direktoru Mirça Çiopraqa (Mircea Ciopraga) deyib.

Onun sözlərinə görə, hazırda dəhliz vasitəsi ilə daşınan yükün 50%-ni neft və neft məhsulları təşkil edir: "Artıq 2013-cü ildən Qafqazdan keçməklə Ukraynadan Çinə bir neçə dəfə yük daşınıb. Bu ilin sonu, gələn ilin əvvəlinə Türkiyə və Gürcüstan dəmir yolu sistemlərinin birləşdirilməsi gözlənilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi