​Avropa Komissiyası Azərbaycana Transxəzər qaz kəməri üzrə memorandumu yeniləməyi təklif edib

​Avropa Komissiyası Azərbaycana Transxəzər qaz kəməri üzrə memorandumu yeniləməyi təklif edib Layihə Türkmənistanın şərq yataqlarından Avropaya qaz nəqlini nəzərdə tutur
İnfrastruktur
21 Aprel , 2015 08:43
​Avropa Komissiyası Azərbaycana Transxəzər qaz kəməri üzrə memorandumu yeniləməyi təklif edib

Bakı. 21 aprel. REPORT.AZ/ "Avropa Komissiyası (AK) Azərbaycan və Türkmənistana Transxəzər qaz kəməri üzrə qarşılıqlı anlaşma memorandumunu yeniləməyi təklif edib".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" qəzetinə müsahibəsində Avropa Komissiyası sədrinin Enerji İttifaqı üzrə müavini Maroş Şefçoviç məlumat verib.

"2011-ci ildən AK-nın Transxəzər qaz kəmərinin çəkilməsi üzrə Türkmənistan və Azərbaycanla qarşılıqlı anlaşma memorandumu çərçivəsində danışıqlar aparmaq mandatı var. Və indi də biz Azərbaycan və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baxacağıq", - deyə o bildirib

Bundan əlavə, AK-nın sədr müavini qeyd edib ki, Cənub qaz dəhlizi layihəsi çərçivəsində İraq və İrandan da qaz tədarükü gözləmək olar.

"Hazırda söhbət Azərbaycandan gedir, lakin yaxınlıqdakı ölkələrdə, İraqda, son diplomatik irəliləyişi nəzərə almaqla İranda hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Və biz Türkmənistan tərəfindən bu sahədə münasibətlərin inkişafına marağın artdığını müşahidə edirik", - deyə Şefçoviç bildirib.

Trasxəzər qaz kəməri qazınTürkmənistanın şərq yataqlarından Türkiyənin Ərzrum vilayətinə, oradan isə Avropaya nəqlini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi