Yuxarı

Aİ-nin Azərbaycanla bağlı 25 milyonluq iki sazişi qüvvəyə minib

10 milyon avro kənd yerlərinin və regionların inkişafının dəstəklənməsinə yönələcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycanda regionların inkişafına və dövlət idarəçiliyi qurumlarının institusional potensialının qüvvətləndirilməsinə dəstək verəcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəlikdən "Report"a verilən məlumatına görə, cəmi büdcəsi 25 milyon avro olan 2 Maliyyələşdirmə Sazişi qüvvəyə minib. 

Saziş əsasında, 10 milyon avro kənd yerlərinin və regionların inkişafının dəstəklənməsinə yönələcək, 15 milyon isə Azərbaycanda seçilmiş dövlət idarəçiliyi qurumlarının institusional potensialının qüvvətləndirilməsinə sərf olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi