​Avropa İttifaqı aviasərnişinlərin kütləvi yoxlanılmasına başlayır

​Avropa İttifaqı aviasərnişinlərin kütləvi yoxlanılmasına başlayır Toplanılan məlumatların 5 il müddətində saxlanılması nəzərdə tutulur
İnfrastruktur
29 Yanvar , 2015 17:07
​Avropa İttifaqı aviasərnişinlərin kütləvi yoxlanılmasına başlayır

Bakı. 29 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) regiona hava yolu ilə gələn və onu tərk edən bütün sərnişinlər haqqında məlumatlar toplayacaq.

“Report” “Cnews”a istinadən xəbər verir ki, bu məlumatlara reysin nömrəsi və tarixi, sərnişinin əyləşdiyi yerin nömrəsi, baqaj haqqında məlumat, ev ünvanı, mobil telefon, biletin ödəniş vasitələri, bank kartları və hətta sevimli yeməklər haqqında informasiyalar daxil olacaq.

Toplanılan məlumatların 5 il müddətində saxlanılması nəzərdə tutulur. Bu müddət ərzində onlardan hüquq-mühafizə orqanları istifadə edə biləcək. 2011-ci ildə hazırlanan müvafiq qanun layihəsi Avropa Komissiyasının saytında yerləşdirilib. Gələn həftə Strasburqda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk layihəni müzakirəyə çıxaracaq.

Qeyd olunub ki, Böyük Britaniyada “Passenger Name Record, PNR” adlanan oxşar sistem artıq fəaliyyət göstərir. Həmçinin, Aİ-nin 12 ölkəsində sistemin sınaqları keçirilir. Sınaqların məqsədi terror aktlarının və sistematik olmayan cinayətlərin qarşısının alınması və araşdırılmasından ibarətdir. Hazırda müxtəlif dövlətlərdə sistemlər bir-biri ilə əlaqəli işləmir.

Son xəbərlər

Orphus sistemi