​Avia qəzaları proqnozlaşdıran smartfon əlavəsi təqdim olunub

​Avia qəzaları proqnozlaşdıran smartfon əlavəsi təqdim olunub "Am I Going Down?" əlavəsi uçuşların statistikasını təhlil edir və təyyarənin yerə düşmə ehtimalını proqnozlaşdırır
İnfrastruktur
26 Yanvar , 2015 10:17
​Avia qəzaları proqnozlaşdıran smartfon əlavəsi təqdim olunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın "Vanilla Pixel" şirkəti smartfonlar üçün ehtimal edilən avia qəzaları proqnozlaşdıran əlavə hazırlayıb. Bu barədə CNN telekanalı məlumat yayıb.

"Am I Going Down?" əlavəsi cari uçuşların statistikasını təhlil edir ki, istifadəçinin uçduğu təyyarənin yerə düşmə ehtimalını proqnozlaşdırsın. Marşrutlar haqqında məlumat mənbəyi qismində Cenevrə Aviaqəzaların Uçotu Bürosu, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Beynəlxalq Mülki AviasiyaTəşkilatı çıxış edir.

Əlavə tərtibatçısı Nik Cons deyib ki, "Am I Going Down?" bilavasitə uçuşlardan qorxanlar üçün yaradılıb: "Əlavəni təqdim edərkən mən göstərmək istədim ki, avia qəzaların baş vermə riski çox azdır". 

Qeyd edək ki, hazırda əlavənin köməyi ilə istifadəçilər 10 mln.marşrutun təhlükəsizliyini qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi