Atbulaq-Nəvai dəmir yolunun əsaslı təmirinə başlanılıb

Atbulaq-Nəvai dəmir yolunun əsaslı təmirinə başlanılıb Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
9 Mart , 2016 09:23
Atbulaq-Nəvai dəmir yolunun əsaslı təmirinə başlanılıb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib.

Belə ki, bu gün Atbulaq-Nəvai mənzilində 10,5 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında "Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 68 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi