Atatürk prospektinin daha bir hissəsi təmir olunub

Atatürk prospektinin daha bir hissəsi təmir olunub Yolun hər iki istiqamət üzrə olan hissələri artıq istifadəyə verilib
İnfrastruktur
23 Sentyabr , 2015 13:33
Atatürk prospektinin daha bir hissəsi təmir olunub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı şəhərində daha bir  avtomobil yolu təmir olunaraq isitfadəyə verilib. “Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsi ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələri istifadəyə verilib. Bununla yanaşı, həmin ərazidə - Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsi ilə kəsişməsinədək olan hissədə və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan hissədə təmir davam edir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparıb. Bir neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə olub.

Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə, burada 12 500 kv. metr ərazidə asfaltlanma işləri aparılıb.

Təmir işləri çərçivəsində 1 500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb. Təmir-tikinti işləri vaxtı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Son xəbərlər

Orphus sistemi