Yuxarı

Astarada yeni avtomobil yolu istifadəyə verilib

Prezident İlham Əliyev Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyev 2013-cü ildə müvafiq sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. Ötən il dövlətimizin başçısının imzaladığı digər sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib.

Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi