Yuxarı
    Bağlamaq

    Astara-Astara dəmir yolu xətti martda istifadəyə veriləcək

    Bunu İranın yol və şəhərsalma nazirinin müavini Bakıda bildirib

    Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, "İran Dəmir Yolları"nın prezidenti Səid Məhəmmədzadə görüşüb.

    "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan xəbərə görə, görüşdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu sahəsinin tikintisi, Astara terminalının inkişaf etdirilməsi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin icra vəziyyəti məsələləri müzakirə olunub.

    C.Qurbanov iki ölkə prezidenti arasında yaranmış səmimi münasibət nəticəsində ölkələr arasında əlaqələrin daha da gücləndirilməsini qeyd edib. Eyni zamanda Azərbaycan dəmir yolunda həyata keçirilən layihələrdən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının istifadəyə verilməsindən və digər məsələlərdən danışıb.

    S.Məhəmmədzadə isə çıxış edərək, Şimal-Cənub dəhlizi çərçivəsində Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatmasını, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlamasını yüksək dəyərləndirib. O, bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək: "Hazırda Astarada (İran) işlər sürətlə davam edir. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası daxildir".

    Sonda ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi