Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq

Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq Bu barədə "İran Dəmir Yolları"nın sədr müavini danışıb
İnfrastruktur
24 Avqust , 2017 10:32
Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti 6 aydan sonra fəaliyyətə başlayacaq.

"Report"un İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "İran Dəmir Yolları"nın sədr müavini Nurullah Biravand bildirib.

Qeyd edək ki, Azərbaycan layihəyə 60 mln. dollar sərmayə qoyacaq.

Xatıradaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi