​"Asan İmza"nın operatoru Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasına üzv seçilib

​"Asan İmza"nın operatoru Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasına üzv seçilib Bu qurum nüfuzlu Avropa beyin mərkəzidir
İnfrastruktur
21 İyul , 2016 19:30
​Asan İmzanın operatoru Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasına üzv seçilib

Bakı. 21 iyul. REPORT.AZ/ "Asan İmza" mobil elektron imza xidmətinin operatoru olan "B.ESTSolutions" şirkəti Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının (ARİTA) üzvü seçilib.

Şirkətdən "Report"a daxil olan məlumatda deyilir ki, şirkətin fəaiyyəti başlıca olaraq dövlət və özəl sektorda elektron idarəetmə sistemləri üçün effektiv həllərin hazırlanması, eləcə də rəqəmsal identitet və elektron imza xidmətlərinin göstərilməsi üzərində qurulub. Şirkət Azərbaycanda elektron hökumətin yaranması və inkişafında əsas iştirakçılardan biridir. 

1987-ci ildə yaradılmış ARİTA Avropa regionunda vahid rəqəmsal bazar konsepsiyasının təşviqi məqsədilə  üzvləri, dövlət təşkilatları və qanunverici orqanlar arasında fəaliyyəti koordinasiya edən nüfuzlu Avropa beyin mərkəzidir. Assosiasiyanın üzvləri olab təşkilat və şirkətlər rəqəmsal identitetin idarə edilməsi, onlayn autentifikasiya, RFID, smart-kartlar, biometrik texnologiyalar və digər sahələrdə fəaliyyət göstərir. Hər il ARİTA tərəfindən dünyanın aparıcı ekspertləri və innovatorlarının da iştirak etdiyi onlarla tədbir təşkil edilir ki, bu sırada "TrustinDigitalWorld" (TDW) və"Information Security Solutions Europe" (ISSE) konfranslarını qeyd etmək mümkündür.

"Hazırda bir çox ölkələr vətəndaş cəmiyyətinin rəqəmsal transformasiyası və modernləşdirilməsi çağırışlarına cavab olaraq elektron identitet texnologiyalarının vacibliyini qəbul edir. İnnovativ Azərbaycanın brendi olan"Asan İmza" mobil identitet xidmətinin operatoru olaraq, biz ARİTA üzvlüyünə daxil olmağımızı məmnunluqla qarşılayır və ümid edirik ki, ARİTA daxilində digər həmkarlarımızla birlikdə mobil identitet xidmətləri göstərən provayderlərin qlobal şəbəkəsinin qurulmasına və bu texnologiyanın vahid standartlarını müəyyən etməyə nail olacağıq", – deyə "B.ESTSolutions" şirkətinin təsisçisi Yana Krimpe rəhbərlik etdiyi şirkətin Avropa Rəqəmsal İdentitet Assosiasiyasına daxil olmasını şərh edərkən qeyd edib.

Assosiasiyanın sədri Con Şama bildirib ki, assosiasiyada "B.EST Solutions" şirkətini görməkdən məmnundurlar və əmindirlər ki, bu şirkətin mobil identitet sahəsindəki təcrübəsi assosiasiyamızın digər üzvləri üçün də faydalı olacaq: "ARİTA olaraq biz "B.EST Solutions" şirkətinə Azərbaycan və Avropa arasında sərhədlərarası mobil identitet xidmətlərinin tətbiqinə dair birgə səylərin həyata keçirilməsi istiqamətində dəstəyimizi əsirgəməyəcəyik."

"B.EST Solutions" şirkəti Azərbaycanın mobil elektron imza texnologiyası "Asan İmza" barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, eləcə də ölkənin İKT sektorunun ixrac-investisiya potensialının artırılması istiqamətində ARİTA-nın resurs və imkanlarından fəal istifadə edəcək. Bununla bağlı olaraq, şirkət Avropa Komissiyasının "STORK 2.0"və "FutureID" layihələrinə qatılmağı, eləcə də innovativ Azərbaycanın nailiyyətlərinin təqdimatı məqsədilə bir çox nüfuzlu beynəlxalq tədbirlərdə iştirakını davam etdirməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi