“AS Qrup İnvestment” faizsiz kreditlə mənzillər təklif edir

“AS Qrup İnvestment” faizsiz kreditlə mənzillər təklif edir Bakı. 17 mart. REPORT.AZ/ “AS Qrup İnvestment” şirkətlər qrupu premium seqment mənzil almaq arzusunda olan şəxslər üçün 17 martdan etibarən xüsusi kampaniya başladır. Şirkətlər qrupuna aid və payızda tamamilə təhvil verilməsi planlaşdırılan “Renessans Palace” premium yaşayış kompleksində 36 aylıq fazisiz kredit imkanı təklif olunur.
İnfrastruktur
17 Mart , 2018 12:03
“AS Qrup İnvestment” faizsiz kreditlə mənzillər təklif edir

Bakı. 17 mart. REPORT.AZ/ “AS Qrup İnvestment” şirkətlər qrupu premium seqment mənzil almaq arzusunda olan şəxslər üçün 17 martdan etibarən xüsusi kampaniya başladır. Şirkətlər qrupuna aid və payızda tamamilə təhvil verilməsi planlaşdırılan “Renessans Palace” premium yaşayış kompleksində 36 aylıq fazisiz kredit imkanı təklif olunur.

Kampaniya şərtlərinə əsasən, ilkin ödəniş 25% təşkil edir. “Renessans Palace”da mənzil almaq istəyən şəxs növbəti 3 ilin 35 ayında evin dəyərinin 50%-ini hissə-hissə keçirir və 36-cı ayda geridə qalan 25% hissəni ödəyir.

“AS Qrup İnvestment”dən bildirilir ki, aksiya bir neçə ay müddətinə tətbiq ediləcək. Qeyd olunan güzəştlərdən faydalanaraq Bakının Yasamal rayonunda premium mənzil sahibi olmaq istəyənlər fürsətdən vaxtında yararlanmalıdırlar.

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.45 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

Son xəbərlər

Orphus sistemi