"Aqrolizinq" minik avtomobilləri alır

"Aqrolizinq" minik avtomobilləri alır Şirkət bununla bağlı açıq tender elan edib
İnfrastruktur
22 İyun , 2016 10:12
Aqrolizinq minik avtomobilləri alır

Bakı. 22 iyun. REPORT.AZ/ "Aqrolizinq" ASC iki lot üzrə açıq tender elan edib. Birinci lot üzrə 7 ədəd minik avtomobilinin alınması, ikinci lot üzrə isə 1 ədəd 8+1 yerli mikroavtobusun alınması nəzrədə tutulub. 

"Report"un verdiyi xəbərə görə, təkliflərin qiymətləndirilməsində aşağı qiymət, müqavilələrin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluğa üstünlük veriləcək.

Maraqlananlar əsas şərtlər toplusunu lot-1 üzrə 200 manat və lot-2 üzrə 200 manat məbləğində iştirak haqqını ödədikdən sonra Bakı şəhəri Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12 ünvanından ala bilərlər. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və 1% bank təminatı istisna olmaqla tələb olunan sənədləri iyulun 27-dək təqdim etməlidir. Tender təklifi və bank təminatı avqustun 4-ü saat 17:00-a qədər təqdim olunmaldır. Zərflərin açılması proseduru avqustun 5-də iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə "Aqrolizinq"in konfrans zalında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi