“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq edilib

“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq edilib Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.
İnfrastruktur
6 İyul , 2019 04:33
“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq edilib

Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib və bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə biləcək.

Son xəbərlər

Orphus sistemi