"Apple" yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb

"Apple" yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb Yeni layihə sürücüsüz avtomobilləri qoruyacaq
İnfrastruktur
18 Avqust , 2017 20:03
Apple yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb

Bakı. 18 avqust. REPORT.AZ/ "Apple" texnologiya şirkəti avtomobil qəzalarının sayını azaldacaq yeni layihə üzərində işləyir. Hazırda şirkət tıxacdakı sürücüsüz avtomobillərin bir-biri ilə əlaqə qurmasına yardım edəcək "Bluetooth" funksiyasından ibarət sensor layihə hazırlayıb.

Artıq patentləşdirilmiş ağıllı sistem sensor sistem vasitəsilə hərəkət edən nəqliyyat vasitələrini tanıyacaq, digər avtomobillərin sensor və GPS sistemləri ilə əlaqəyə girə biləcək. Yeni layihə yaxın məsafədə ola biləcək təhlükəli şəraitlə bağlı xəbərdarlıqlarla qəzaların qarşısını alacaq.  

Son xəbərlər

Orphus sistemi